Lyej məhkəməsi Avropa Komissiyasının rəhbəri Urusla fon der Leyenə qarşı iddianın araşdırılmasını davam etdirməkdən imtina edib.
KONKRET.az xəbər verir ki, fon der Leyen
35 milyard avroya 1,8 milyard COVID-19 vaksinin alınmasına görə korrupsiyada ittiham edilir. Məlumatda deyilir: “Lyej məhkəməsi Frederik Baldanın Ursula fon der Leyenə qarşı qaldırdığı iddiaya baxmaqdan imtina etdi. Bu qərar ittiham tərəfinə qoşulan bütün tərəflərə də şamil edilir”. Məhkəmənin hökmü yazılı şəkildə çıxarılıb. Baldanın vəkili Dian Prota TASS-a bildirib ki, iddiaya Aİ-də faktiki olaraq məcburi peyvənd vurulması nəticəsində əziyyət çəkən və yaxınlarını itirən minə yaxın şəxs, həmçinin Macarıstan və Polşa hökumətləri, bir sıra ictimai və siyasi təşkilatlar qoşulub. O izah edib ki, ittiham tərəfinin apellyasiya şikayəti vermək üçün 15 gün vaxtı var. Lakin hansı tədbir görüləcəyi ilə bağlı suala hələ cavab verməyib. Von der Leyen ABŞ-nin Pfizer şirkətinin baş direktoru Albert Bourla ilə SMS yazışmaları vasitəsilə 2020-ci ilin sonunda sınaqları hələ tamamlanmamış peyvəndin alınması üçün müqavilə bağlamaqda ittiham olunur. Avropa Komissiyasının mətbuat xidməti bu SMS yazışmalarını fon der Leyenin “təsadüfən sildiyini” iddia edərək, ictimailəşdirməkdən imtina edib. Məhkəmədə də təmsil olunan Burlanın vəkilləri ona bu yazışmaları ictimaiyyətə çatdırmağa nəyin mane olduğunu şərh etməyiblər.
Medianın və parlamentarilərin müraciətlərinə baxmayaraq, hətta vaksinlərin satınalınması müqavilələrinin ümumi parametrləri, o cümlədən dəqiq xərclər, çatdırılma şərtləri və əlavə təsirlərə görə məsuliyyətin bölüşdürülməsi hələ də ictimaiyyətə açıqlanmayıb.
Vəli Həsənoğlu,
KONKRET.az