İş adamı Hafiz Məmmədov ev dustaqlığına buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə H.Məmmədovun vəkilləri tərəfindən verilən vəsatət təmin olunub.
Qeyd edək ki, Hafiz Məmmədov vergi borcunu ödəmədiyinə görə həbs edilmişdi. Onun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilmişdi.
Vəkillərinin sözlərinə görə, H.Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 mini ödəyib. Hazırda isə Məmmədovun borcu 1 milyon manatdır.
Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb./qafqazinfo/