Məhbusların koronavirusa yoluxması xəbəri ilə bağlı rəsmi açıqlamabackend

Məhbusların koronavirusa yoluxması xəbəri ilə bağlı rəsmi açıqlama

“Son vaxtlar sosial şəbəkələrdə həbsxanalarda bir neçə məhkumun koronavirus şübhəsiylə karantində saxlanması barədə məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir”.

KONKRET.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib. O, qeyd edib ki, qurumun tabeliyində olan müəssisələrdə karantin rejiminə və hökumətin verdiyi qərarlara ciddi şəkildə riayət olunur.

O, həmçinin bildirib ki, həbsxanalarda çalışan şəxslərin hər gün hərarəti yoxlanılır və onlar tibbi müayinədən keçirlər. Bununla yanaşı, məhkumlarla da bağlı tibbi yoxlamalar həyata keçirilir və heç bir məhkumun nəinki koronavirusa yoluxmağından, hətta digər xəstəliklərə tutulmağından söhbət gedə bilməz”.

Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*