Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxarıb? – ÖZÜNDƏN AÇIQLAMAbackend

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxarıb? - ÖZÜNDƏN AÇIQLAMA

Bu gün mətbuatda yayılan xəbərə görə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu ona həvalə olunan roldan imtina etdiyi üçün işdən çıxarıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı aktyorla əlaqə saxladıq. Azxeber.com-a açıqlama verən Corc Qafarov deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib:

Aktyor verdiyi açıqlamada “Xəbər doğrudur, sadəcə səbəb o deyil. Mən Rusiyada çəkilişlərdə olanda bu xanım teatra yeni bədii rəhbər olaraq gəlmişdi. Çox sevindik, onu sevgi ilə qarşıladıq ki, bu xanım gözəl tamaşalar quracaq. İlk gündən də hər kəslə kobud davranırdı. Mənə bir rol verdi, bu da “Manqurt” rolu idi. Mən məşqlərdə bunu sevməyərək oynayırdım. Çünki eyni rolu mən başqa zaman da oynamışdım. O zaman rolumu çox da sevirdim. Təkrar rol olduğu üçün istəmədim bu dəfə.  Bir gün məşqdə mən dedim ki, burada oturan bütün böyüklərdən üzr istəyərək Mehriban xanıma bir söz demək istəyirəm. Hamı da məni izləyirdi. Dedim yəqin ki, siz də hiss edirsiniz ki, mən bu rolu istəməyərək ifa edirəm, özümü məcbur hiss edirəm” deyə bidirib.

Aktyor öz istəyi ilə işdən çıxdığını təsdiqləyib:

“O, məni təhqir edərək çox pis ifadələr işlətdi və sonda mənə dedi ki, “Oynamırsansa get ərizəni yaz, teatrdan çıx”. Mən təbii ki, bunu problem eləmədim və rəhbərliyin yanına gedərək, ərizəmi yazaraq könüllü şəkildə işdən çıxdım. Çünki Mehriban xanımın məni işdən azad etmək səlahiyyəti yoxdur, bu rəhbərin işidir”.
Xatırladaq ki, aktyor Corc Qafarov müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*