“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın villa alması ilə bağlı yayılan məlumatlar əsassızdır”.
KONKRET.az xəbər verir ki, Mehriban Vəliyeva haqqında yazılan məlumatları təkzib edib. Saytımızın email ünvanına göndərilən cavabda daha sonra bildirilib:
“Qeyd edək ki, həqiqətəuyğun olmayan məlumatın paylaşılması ciddi təəssüf doğurur.
Əsassız məlumatlar yayan kütləvi informasiya vasitələri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Natiq Səlim,
KONKRET.az
Mən Mehriban Vəliyevanı və onun ailə səcərəsini yaxından tanıyıram. Onun atası Hidayət müəllim görkəmli alim, riyaziyatçı-pedaqoqdur. Uzun müddət (sovet dövründən, son vaxtlara – təqaüdə çıxana qədər) Politexnik İnstitutda müəllimlik edib. Bu ailənin büdcəsinə heç vaxt haram pul daxil olmayıb…
Mehriban Vəliyeva da uzun müddət Bakı şəhərinin müxtəlif məktəblərində, Heydər Əliyev adına litseydə çalışıb… Onu təhsil işçiləri və valideyinlər təmiz, halall, savadlı müəllimə, pedaqoq kimi yaxşı tanıyır, təhsil sistemini yaxşı bilir, filoloiya üzrə fəlsəfə elmlər doktorudur…
Onun da, yaxşı yaşamaq haqqı var… 500 min bir marketin şöbə müdirinin aylıq gəliridir… Mehriban xanım həmişə yüksək əməkhaqqı alıb və aldığı halal maaşdan yığım edib ev alması niyə təəccüb doğurur?
Lakin Mehriban Vəliyeva bu faktı təkzib edib… Təmiz adamlara ləkə atmaq, böhtan etmək haqsızlıqdır… Bunu yayan mənbə cavab verməlidir…
Mən qocaman bir alim kimi belə düşünürəm…