Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.
Bu barədə KONKRET.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, Mehriban Vəliyevanın aldığı villa Bakı Dövlət Universitetinin mərhum professorlarından birinə məxsus olub və həmin tikili xüsusi alman layihəsi ilə inşa olunub.
Alqı-satqı prosesi mərhum professorun ailə üzvləri ilə BŞTİ-nin müdiri arasında baş tutub.
Maraqlıdır ki, zaman-zaman mətbuatda Bakı məktəblərində müxtəlif yığımlarla bağlı məsələ gündəmə gəlib. Bu iddia, yəni Mehriban Vəliyevanın 500 min manata villa alması məsələsi yazılanların həqiqət yükünü artırır. Paytaxt məktəblərinin bir çoxunun təmirə ehtiyacı olduğu bir vaxtda Mehriban Vəliyevanın yarım milyon manata mülk alması təhsilidəki neqativ hallarla bağlı şübhələrə əsas verir.
Natiq Səlim,
KONKRET.az
P.S. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
Mehriban Vəliyeva təkzib etdi: “Yayılan məlumatlar əsassızdır”
Mən Mehriban Vəliyevanı və onun ailə səcərəsini yaxından tanıyıram. Onun atası Hidayət müəllim görkəmli alim, riyaziyatçı-pedaqoqdur. Uzun müddət (sovet dövründən, son vaxtlara – təqaüdə çıxana qədər) Politexnik İnstitutda müəllimlik edib. Bu ailənin büdcəsinə heç vaxt haram pul daxil olmayıb…
Mehriban Vəliyeva da uzun müddət Bakı şəhərinin müxtəlif məktəblərində, Heydər Əliyev adına litseydə çalışıb… Onu təhsil işçiləri və valideyinlər təmiz, halall, savadlı müəllimə, pedaqoq kimi yaxşı tanıyır, təhsil sistemini yaxşı bilir, filoloiya üzrə efəlsəfə elmlər doktorudur…
Onun da, yaxşı yaşamaq haqqı var… 500 min bir marketin şöbə müdirinin aylıq gəliridir… Mehriban xanım aldığı maaşdan yığım edib ev alması niyə təəccüb doğurur?
Lakin Mehriban Vəliyeva bu faktı təkzib edib… Təmiz adamlara ləkə atmaq, böhtan etmək haqsızlıqdır… Bunu yayan mənbə cavab verməlidir…
Mən qocaman bir alim kimi belə düşünürəm…