Mehriban Xanlarova: “Zeynəb Xanlarovanın ölüm xəbərindən bütün doğmaları sarsıntı keçirib”backend

Mehriban Xanlarova: “Zeynəb Xanlarovanın ölüm xəbərindən bütün doğmaları sarsıntı keçirib”

Dünəndən bəri bəzi saytlarda və sosial şəbəkələrdə dünya şöhrətli müğənni Zeynab Xanlarovanın ölüm xəbəri yayılıb.

KONKRET.az məsələ ilə bağlı xalq artistinin yaxın qohumu Mehriban Xanlarovaya müraciət edib. Xəbəri təkzib edən M.Xanlarova dünən gecədən bütün dost-tanışların və doğmaların böyük sarsıntı keçirdiyini bildirib: “Ölüm haqdır, amma belə bir yalan informasiyanı kim yayırsa və buna kim sevinirsə, Allah özü cəzasını versin. Onu yayanın qanı qırmızı qan deyil. Belə bir informasiyanı yaymaq vicdansızlıqdır, insanlığın son nöqtəsidir.

Zeynəb xanım sağ-salamatdır, Amerikada filan deyil, öz evindədir. Allah-Təala ona nə qədər ömür veribsə, o qədər də sağlam can verib”.

“Məsələ ilə bağlı Zeynəb xanım şəxsən hansısa bir açıqlama ilə çıxış edəcəkmi”, –  sualımıza isə M.Xanlarova konkret cavab verib: “Mən qardaşı qızı kimi dəqiq informasiya verdimsə, buna ehtiyac yoxdur”

Hazırladı: Sevinc Paşayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*