Meksikada COVID-19-a yoluxanların sayı 200 minə çatırbackend

Meksikada COVID-19-a yoluxanların sayı 200 minə çatır

Son 24 saat ərzində Meksikada 5 437 nəfər yoluxub. Ölkədə virusa yoluxanların sayı isə 196 847 nəfərə çatıb.

KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 342 nəfər vəfat edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*