Meksikada DƏHŞƏTLİ EDAM: 20 kartel üzvü diz çökdürülərək öldürüldü – FOTO/VİDEObackend

Meksikada DƏHŞƏTLİ EDAM: 20 kartel üzvü diz çökdürülərək öldürüldü - FOTO/VİDEO

Dünyanın ən təhlükəli ölkəsi olan Meksikada daha bir qorxunc qətliam baş verib. Kartel üzvlərinin rəqib dəstənin bəzi üzvlərini sorğu -suala tutduqdan sonra edam etmələri ilə bağlı videolar ortaya çıxıb.

KONKRET.az-ın məlumatına görə, dəstə üzvləri edam etdikləri dörd kişinin cəsədini hökumət idarəsinin qarşısına atıb. Görüntülər əvvəlcə Meksikada, sonra isə bütün dünyada qəzəbə səbəb olub.

Meksikalı “Los Tlacos” karteli tərəfindən həyata keçirilən kütləvi edam dünyanın gündəminə çevrilib. Əvvəlcə diz çökdürülən və dindirilən şəxslər daha sonra öldürülüb. Çəkilən görüntülərdə təxminən 20 “La Bandera” karteli dəstə üzvlərinin diz çökmüş halda, qarşılarında isə silahlı bir adamın dayandığı görünür.

Kan donduran görüntüler! Meksika'da karteller 20 kişiyi diz çöktürüp infaz etti

“Los Tlacos” dəstəsinin üzvləri diz çökdürdüyü şəxslərin qarşında bunları deyib: “İguala xalqı, burada günahsız insanları və qadınları qəsb edən, öldürənlər var. Bu gözəl şəhəri dəhşət zibilləyənlərə dəfələrlə xəbərdarlıq etdik. Artıq vaxt gəldi, bu meydanların bir sahibi var. O da bizik”.

Kan donduran görüntüler! Meksika'da karteller 20 kişiyi diz çöktürüp infaz etti

“El Pais” qəzetinin yazdığına görə, kartel videonun yayımlanmasından bir neçə saat əvvəl İguala meri David Gama Perezin ofisinin qarşısına da dörd cəsəd atıb. Cəsədlərdən biri polis tərəfindən dəhşətli qətllər törətdiyi üçün axtarılan Luis Angelin olub. Digər 16 qurbanın qalıqlarının tapılıb -tapılmadığı isə hələlik məlum deyil.

Müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*