Meksikanın Minatitlan şəhərində “Pemeks” şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, yanğının yanacaq sızmasından qaynaqlandığı ehtimal edilir.
Yanğının qarşısının alınması üçün əraziyə yanğınsöndürənlər ordu, o cümlədən hərbi dəniz qüvvələri cəlb edilib.
Yanğının ətrafdakı sakinlərə təhlükə yaratmadığı bildirilib.