Məktəbdə himn oxunan zaman yıxılan şəxslə bağlı RƏSMİ AÇIQLAMAbackend

Məktəbdə himn oxunan zaman yıxılan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

15 sentyabr – Bilik Günü tribunadan yıxılan şəxsin vəziyyəti yaxşıdır, ev şəraitində müalicə alır.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə profilində yazıb:

“Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bilik Günü üçün məktəbin qarşısına toplaşan məktəblilər Azərbaycan Respublikasının Dövlət himnini səsləndirən zaman tribunada dayanan qadın huşunu itirərək yıxıldığı anının görüntüləri yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*