Məktəbəhazırlığa müraciət niyə şəxsiyyət vəsiqəsilə aparılır?backend

Məktəbəhazırlığa müraciət niyə şəxsiyyət vəsiqəsilə aparılır?

Təhsil Nazirliyi məktəbəhazırlığa müraciətin niyə doğum şəhadətnaməsi ilə deyil, şəxsiyyət vəsiqəsi ilə aparıldığına aydınlıq gətirib.

KONKRET.az-ın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, həm məktəbəqəbul, həm də məktəbəhazırlıq eyni portal üzərindən həyata keçirilir.

Burada hər iki proses zamanı şəxsiyyət vəsiqəsi nəzərdə tutulub: “Şəxsiyyət vəsiqəsinin bu prosesdə istifadəsi həm də finləşmə prosesini tamamlamaq üçün faydalıdır. Digər tərəfdən, əgər uşaq məktəbəhazırlığa doğum şəhadətnaməsi, məktəbəqəbulda isə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərsə, o zaman bir uşağın adı iki fərqli sənəddə çıxacaq. Bu da identiklik problemi yarada bilər. Bütün bu səbəblərdən məktəbəqəbul portalı vahid yanaşmadan çıxış edib. Həm 1-ci sinfə qəbul, həm də məktəbəhazırlıq üçün şəxsiyyət vəsiqəsi. Digər tərəfdən, bu uşaqlar artıq növbəti ildən 1-ci sinfə bu sənədlə avtomatik olaraq qəbul olunurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*