Pandemiya şəraitində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların həftədə neçə dəfə məktəbə gedəcəyi müəyyənləşib.
KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, məktəbəhazırlıq qrupları pandemiya öncəsi dövrdə məktəbə həftədə 4 dəfə gəlirdilər (ümumi 12 məşğələ): “Hazırki şəraitdə bu, regiondan asılı olaraq, 2 və ya 3 dəfə olacaq”.
Xatırladaq ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların ümumi sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.
Qruplarda dərs ili iki yarımilə bölünür:
– I yarımil: 1 oktyabr-26 yanvar;
– II yarımil: 1 fevral-31 may.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
– 5 gün payız tətili (16-20 noyabr);
– 5 gün qış tətili (27-31 yanvar);
– 5 gün əlavə tətil (1-5 may).
Bəs günüuzadilmis qruplar necə olacaq?