Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən məktəbi bit basıb.
KONKRET.az xəbər verir ki, bu iddia ilə valideynlər “Xəzər Xəbər”ə müraciət ediblər.
Söhbət qəsəbənin 3 nömrəli tam orta məktəbindən gedir.
Yuxarı sinif şagirdlərinin sözlərinə görə, bitlə bağlı şikayət daha çox aşağı siniflərdəndir.
Lakin məktəbdən bu iddiaları təkzib ediblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: