Xəbər verdiyimiz kimi dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Məktəblərdə yenidən tədris dayandırıla bilərmi?
Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bizim yaydığımız məlumat o demək deyil ki, məktəblər bağlanır: “Pandemiya dövründə yaşadığımız üçün məktəbdə də böyük də, kiçik də koronavirusa yoluxa bilər. Biz sadəcə ümumi məlumat yaymışıq. Bu, o demək deyil ki, məktəblər yenidən bağlanır. Məktəblərin bağlanması ilə bağlı qərarı vermək Operativ Qərargahın səlahiyyətindədir”.
Nərgiz Mirzəyeva,
KONKRET.az