“Şagirdlərə tədrisin ilk günündə COVID-19-la bağlı təlimatlar veriləcək”.
KONKRET.az xəbər verir ki, bunu bugünkü brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, təlimatlar deyərkən şagirdlərin məktəbə daxil olarkən maska taxması, şagirdlərin məktəbdə temperaturunun ölçülməsi nəzərdə tutulur:
“Şagirdlərə tədrisin ilk günündə koronavirusla bağlı təlimat verilməsi nəzərdə tutulur.Müəllimlər də maskadan və üz sipərindən istifadə etməlidir. Məktəblərdə bufetlər, yeməkxanalar və soyunub-geyinmə otaqları ilə bağlı qaydalar olacaq. Bu qaydalara uyğun olmayanlar fəaliyyət göstərməyəcək”.