Məktəblərdə tibb məntəqələri niyə yoxdur? – AÇIQLAMAbackend

Məktəblərdə tibb məntəqələri niyə yoxdur? - AÇIQLAMA

Ölkəmiz SSRİ-nin tərkibində olduğu illərdə bütün orta ümumtəhsil məktəblərində tibb məntəqələri fəaliyyət göstərib. Lakin SSRİ dağılandan sonra onların fəaliyyətinə də son verilib.

Məktəblərdə tibb məntəqələrinin olmamasının səbəbi nədir?

 

“Azərbaycan Respublikası “Təhsil haqqında” Qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” ilə tənzimlənir. Bu qaydalara əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB-in tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər. Təhsil müəssisələrində təhsilalanların tibbi xidmətlə təmini iki formada – təhsil müəssisəsində ambulator tibb xidmətinin təşkili üçün yaradılmış həkim və ya tibb məntəqəsi vasitəsilə (məktəb həkim-pediatrı və ya tibb bacısı tərəfindən), ümumi qaydada, yəni yerində ambulator tibbi xidmət təşkil edilmədən (sahə üzrə təhkim edilmiş sahə həkimi-pediatr (ailə həkimi) və ya tibb bacısı tərəfindən) həyata keçirilir.

Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəbin həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ümumtəhsil məktəblərində tibb işçlərinin olmaması ciddi fəsadların yaranmasına yol aça bilər:

 

““Təhsil Haqqında” Qanunda ümumtəhsil məktəblərində tibb işçilərinin olması qeyd olunub. Bunun üçün xüsusi yer, vakansiya ayrılır ki, müqavilə əsasında tibb işçiləri tədris prosesi zamanı məktəblərdə olsunlar. Lakin bəzi məktəblər buna diqqət etmir. İstər məktəbdə 100, istərsə də 1000 uşaq olsun, arzuolunmaz hadisələrin baş verməsi qaçılmazdır. Məsələn, idman dərsində və ya həyətdə oynayarkən ehtiyatsızlıqdan uşaq yıxıla, burnu və ya qolu sına bilər. Bu hallarda vaxtında müdaxilə olunmasa, ciddi fəsadlar yarana bilər. Tibb işçisinin məktəbdə olması bu hallar üçün vacibdir”.

Ekspert qeyd edib ki, ortaya çıxan problemlərə görə məktəb rəhbərliyi məsuliyyət daşıyır:

“Məktəb rəhbərliyinə tövsiyə olunur ki, tibb işçisi yoxdursa, tələb olunduğu halda verilməyibsə, Elm və Təhsil Nazirliyinə müraciət etsinlər. Bəzi məktəb rəhbərliyi ya qanunu bilmir, bildikləri halda diqqət etmirlər və belə hallar baş verir”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*