Məktəbli atasının ona hədiyyə etdiyi minaaxtaranla bomba tapdıbackend

Məktəbli atasının ona hədiyyə etdiyi minaaxtaranla bomba tapdı

İngiltərədə ata məktəbli oğluna Yeni İl hədiyyəsi olaraq minaaxtaran cihaz alıb.

KONKRET.az “Daily Star” nəşrinə istinadən xəbər verir ki, Denni adlı yeniyetmə atası ilə birlikdə mağazadan çıxandan sonra cihazın işləmə funksiyasını öyrənmək məqsədilə onu işə salıb.

Bu zaman minaaxtaran dayanmada siqnal verməyə başlayıb. Pol və oğlu Denni cihazın tuşlandığı yeri maraq üçün qazmağa başlayıblar. Həmin yerdən qara ağır daşa bənzər əşya çıxıb.

Denni onu əlinə götürən zaman ətrafdakılardan biri uca səslə əşyanın bomba olduğunu deyərək, cəld onu yerə qoymasını bildirib.

Pol əvvəlcə polisə zəng edib, sonra isə aidiyyəti qurumlara xəbər edib. Bomba mütəxəssislər tərəfindən zərərsizləşdirilib. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*