Meladzeyə AĞIR İTKİ – Konsertlərini təxirə saldıbackend

Meladzeyə AĞIR İTKİ - Konsertlərini təxirə saldı

Gürcü əsilli rusiyalı müğənni Valeriy Meladzenin atası Şota Meladze vəfat edib.

KONKRET.az xəbər verir ki, ifaçı 90 yaşında dünyasını dəyişib. Bu barədə Meladze sosial media hesabında məlumat yayıb.

O, bu səbəbdən qarşıdakı konsertlərini təxirə salmaq məcburiyyətində qaldığını deyib. Meladze yanvarın 20, 23 və 25-də Almatıda keçirilməli olan konsertlərinin tarixini fevralın 2, 4 və 6-na dəyişib. Yanvarın 22-də Daşkənddə keçirilməsi planlaşdırılan konsert isə fevralın 7-nə təxirə salınıb.

Bildirilib ki, əvvəllər alınmış biletlər yeni tarixlər üçün etibarlı olacaq.

Axşam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*