Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşı, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
KONKRET.az xəbər verir ki, Mələkxanım Əyyubova həyat yoldaşının təqaüdə göndərilməsinə münasibət bildirib:
“Polis sistemində yaş həddi 55-ə qədərdir. Həyat yoldaşım yüksək vəzifədə çalışdığına görə ona beş il də artıq etimad göstərdilər. İndi qanuna əsasən təqaüdə çıxdı”.
Xalq artisti həyat yoldaşının başqa vəzifəyə getməsi haqqında suala cavabda deyib:
“Yenidən vəzifəyə getməsi Allahın qismətidir. Onu bilmək olmaz”.
Məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunub./telegraf/