“Avqustun 13-14-ü qəbul imtahanları keçirilə bilər. Bu tarix də hələlik dəqiq deyil”.
KONKRET.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi onlayn konfransda deyib.
DİM sədri bildirib ki, bunun üçün buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır:
“Avqustda dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub”.
Onun dediyinə görə, avqustun 10-dək rezidenturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.
M.Abbaszadə əlavə edib ki, dövlət qulluğu ilə əlaqəli müəyyən müddətə təxirə salınan imtahanların da avqustun 1-dən 10-dək olması planlaşdırılır”.