“Ermənistanda İran əleyhinə təbliğat kampaniyası başlayıb. Bunun başında ya iqtidaryönlü informasiya resursları və ictimai şəxslər, ya da açıq şəkildə mövcud rejimə qarşı olmayan və onunla fəal əməkdaşlıq edənlər dayanır”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni ekspert Sergey Melkonyan öz Telegram kanalında yazıb.
O fikirlərini belə əsaslandırıb: “Ermənistanda aparılan əsas təbliğata görə, “İran Azərbaycanın dostudur, ona görə də Ermənistana kömək etmək niyyəti yoxdur. Xüsusi diqqət məqam çəhət odur ki, yerli mediada bildirilir ki, İran Ermənistanın cənub rayonlarını işğal etmək istəyir. Buna görə də Bakı və Ankara ilə sözügedən məsələdə razılığa gəlməyə hazırdır. Digər təbliğ olunan tezislərdən biri də İranın Ermənistan ərazisində hərbi baza yaratmaq barədə tələbidir. Guya Tehran istəyir ki, Ermənistan özünü müdafiə edə bilməyəcəyi vəziyyətə düşməlidir ki, tələbi yerinə yetirsin. Ermənilər arasında bu fikir də formalaşır ki, guya İran heç nəyə qadir deyil, ona görə də onunla əməkdaşlığı dərinləşdirməyin mənası yoxdur
Çox maraqlıdır ki, əks-təbliğat kampaniyasının mərkəzində İranın regionda kommunikasiyaların açılmasında maraqlı olmaması qabardılır. Həmin tezisin mahiyyəti odur ki, Tehran Ermənistanın mühasirədə qalmasını şərtləndirən amillərə üstünlük verir. Eyni zamanda İran bilərəkdən Ermənistana silah verilməsinə mane olur ki, zəif və ondan asılı olsun.
Əlbəttə, Bütün bu cür tezislər ya yalan, ya da manipulyasiyadır.
Nəyə diqqət etmək vacibdir?
- Belə tezisləri ənənəvi olaraq anti-Rusiya təbliğatı ilə məşğul olan platformalar və şəxslər yayırlar.
- Bu cür məlumatların yayılmasında əsas məqsəd Ermənistanda anti-İran əhval-ruhiyyəsi yaratmaqdır ki, bu da rəhbərliyin Tehrandan üz döndərmək qərarına haqq qazandıracaq və sonradan ona qarşı fəaliyyət göstərəcək.
- Bu cür qərarlar İranla hərbi-texniki əməkdaşlıqdan imtinaya haqq qazandırmaq üçündür.
Belə bir xarici siyasət xəttinin nəticələri çox aydındır. Ermənistan Rusiya ilə münasibətləri pozmağa davam edərsə, İranla münasibətləri bilərəkdən pisləşdirərsə, o zaman boşluğu dolduracaq yeganə regional güc Türkiyədir.
Belə ki, bu təbliğatın əsas faydalananları Türkiyə və Azərbaycandır”.
Natiq Səlim,
KONKRET.az
Yox, bu erməni xislətinin yeni fikir yayındırıcı fırıldağıdır. İran hindistandan gələn silahları gizlin ötürür erməni faşistlərinə.