Melkumyanın DƏRDİ: “Bütün dünya Qarabağda gedən proseslə barışıb”backend

Melkumyanın DƏRDİ: "Bütün dünya Qarabağda gedən proseslə barışıb"

“Nikol Paşinyan son vaxtlar çıxışlarında elə danışır ki, guya hər kəs günahkardır, ondan başqa. Ordu günahkardır, xalq günahkardır, Qarabağ erməniləri günahkardır, amma bircə ondan başqa. Düşünürəm ki, onun bu açıqlamalarını şərh etmək lazım deyil. Çünki bu, onun stilidir”.

KONKRET.az xəbər verir ki bu barədə erməni siyasi şərhçi David Melkumyan açıqlamasında vurğulayıb.

Onun sözlərinə görə, əgər Qarabağ Azərbaycanın ərazi bütövlüyünə daxildirsə, hesab edirəm ki, bütün böyük beynəlxalq oyunçular, dünya ölkələrinin liderləri bununla barışıblar. Əgər belə olmasaydı, reallıq indi başqa cür olardı. Əliyevin Paşinyana çox güclü təsiri var. Yəqin elə buna görədir ki, hər iki lider ancaq Azərbaycanın suveren hüquqlarından danışır. Mən əminəm ki, proses beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək. Heç kim bizim yerimizə qərar verə bilməz”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*