İtaliyanın Baş naziri Corca Meloni Avstriyanın kansleri Kristian Ştokerlə Romada keçirdiyi birgə mətbuat konfransında Avropa ölkələrini ABŞ-la ticarət müharibəsinin qarşısını almaq üçün bütün mümkün addımları atmağa çağırıb.
KONKRET.az xəbər verir ki, Meloni qeyd edib ki, transatlantik dialoqun qorunması böyük əhəmiyyət daşıyır:
“Hər iki Atlantik sahilində ticarət müharibəsinin qarşısını almaq üçün hər şey edilməlidir”, – deyə İtaliya hökumət başçısı bildirib.
O, əlavə edib ki, bu məsələni Ştokerlə müzakirə edib və Avropa liderləri “qarşılıqlı faydalı” razılaşmalara can atmalıdırlar.
Natiq Səlim,
KONKRET.az