Şair Məmməd İsmayıl müalicə aldığı xəstəxanadan evə buraxılıb.
KONKRET.az bildirir ki, bu barədə APA-ya onun qızı İntizar İsmayıl məlumat verib.
Onun sözlərinə görə, şairin səhhəti hazırda stabildir və ev şəraitində müalicəsini davam etdirəcək.
Qeyd edək ki, Məmməd İsmayıl keçən ayın 30-da xəstəxanaya yerləşdirilib və həkimlər onun bədənində infeksiya aşkar ediblər. O, bu səbəbdən bir neçə gün ərzində həkim nəzarəti altında saxlanılıb.