Məmurlar maaşla dolana bilməz – Bu da sübutbackend

Məmurlar maaşla dolana bilməz – Bu da sübut

3 il yemə, içmə! – məmurlar bahalı maşınları necə alır?

Orta Asiyanın inqilabçı ölkəsi kimi tanınan Qırğızıstanda məmurlar hələ də ən bahalı maşınlar almaqla var-dövlətlərini nümayiş etdirməkdən çəkinmirlər.  Yolsuzluq avtomobili olan, el arasında “CİP” kimi tanıdığımız maşınların fantastik qiymətləri ilə məmur maaşı uyğun gəlmədiyi halda necə ola bilər ki, bununla tez-tez qarşılaşırıq?! Qırğız jurnalist Aman Bakirov məmurun bahalı avtomobilləri hansı maaşla aldığı ilə bağlı ciddi araşdırma aparıb. Jurnalist avtomobilin alınma və saxlanması xərclərini hesablayıb və məmurların rəsmi gəlirləri ilə müqayisə edib.

Qırğızıstanda “Lexus GX 460” və “Lexus GX 470” nəqliyyat vasitələri – yerli məmurların ən çox istifadə etdiyi avtomobillərdir. Bu avtomobillər lüks sinfinin texniki xüsusiyyətləri və rahatlığı ilə seçilir. Araşdırmaçı-jurnalist deyir ki, belə bir avtomobilin alınması müxtəlif yollarla həll edilir. Məmurlara görə bu, ya rəsmi ola bilər və ya da donorlar tərəfindən bağışlanır.

Qırğızıstanda “Lexus GX 460”, “Lexus GX 470”-in satışı ilə məşğul olan rəsmi dilerlər yoxdur. Lakin texniki xüsusiyyətləri və görünüşü ilə Lexus ilə müqayisə edilən “Toyota Land Cruiser Prado” var. Belə maşınların 2015-ci il modeli 35 min dollar və ya 2 milyon 555 min som dəyərindədir.

İlk nəsil “Lexus GX 470-nin” 2003-cü ildən daha əvvəlki modelini ixtisaslaşdırılmış saytlarda tapmaq demək olar ki, mümkün deyil, lakin 2003-2013-cü illərdən etibarən yolsuzluq avtomobillərinin böyük bir seçimi var. Qiymətlər 15-30 min dollar arasında dəyişir (1-2 milyon som).

Dövlət məmurunun isə əlbəttə ki, yalnız bir gəliri – əmək haqqı ola bilər. Qanuna görə, onun ticarət etmək və ya kommersiya təşkilatı idarə etmək hüququ yoxdur. Yüksək çinli məmurun orta məvacibi ayda 25 min som, üstəlik hərbi və ya rəsmi rütbə, dövlət qulluğunda iş stajı, elmi dərəcəsi və dövlət sirri təşkil edən məlumatlarla işləmək üçün nəzərdə tutulan müavinətidir. Bu isə ümumilikdə, təxminən 30 min som edir. Belə əmək haqqı ilə dövlət qulluqçusu 2 – 3,5 ilədək ac-susuz qalmalıdır ki, qənaət etməklə “Lexus”un 2003-cü il modelini alsın. 2013-cü il modelini almaq qərarına gəlsə, 5-7 il qənaət etməli olacaq.

Əlbəttə, avtomobili almaqla iş bitmir. Vacib bir nüans da nəzərə alınmalıdır: belə bir avtomobilin saxlanması da olduqca bahadır.

Texniki şərtlərə görə 4.7 litrlik “Lexus GX 470” mühərrikinin gücü 273 at gücündədir. Şəhərdə bu avtomobil 100 kilometrə 18,5 – 25 litrə qədər yanacaq sərf edir. Bu isə yüz kilometrə 804 -1087 som deməkdir. Orta hesabla bir məmur maşınını ayda 800 kilometr sürür. Beləliklə, Aİ 95 benzinlə avtomobilin ayda 6,432 ilə 8696 som arasında yanacaq xərci var.

Mexaniklər Qırğızıstanın iqlim şəraitinə görə, avtomobilin yağlarını hər 6-8 min kilometrdən sonra dəyişdirməyi məsləhət görürlər. 4.7 litrlik mühərrikdə altı litr yağ var. Bu gün Yaponiya şirkətləri hər marka avtomobil üçün müəyyən növ yağ istehsal edirlər. Belə ki, “Lexus GX 470” üçün bir litr yağ 600-650 som arasındadır. Süzgəc üçün qiymət əlavə etsəniz, bir yağ dəyişikliyi 5500 som təşkil edəcək.

Sürət qutusu yağı, mühərrikdə olduğu qədər olmasa da, müntəzəm olaraq dəyişdirilməsini tələb edir. Bu markadan asılı olaraq rəqəmlər 5 500 ilə 10.000 som arasında dəyişəcək.

Yağ ilə yanaşı, mühərrikin ömrünü uzatmaq üçün qığılcım açarlarını dəyişdirmək məsləhət görülür. “Lexus GX 470” səkkiz silindrlidir – buna görə səkkiz şam dəyişdirmək lazımdır. Belə bir dəstin qiyməti 1600 ilə 5.600 som arasında dəyişir.

“Lexus GX 470” sahibi xərclərdən biri kimi şinlərin mövsümi dəyişməsini nəzərə almalıdır. Zavodda 265/60 – R18 parametrləri olan təkərlər yolsuzluq avtomobilləri üçün nəzərdə tutulub. Bu ölçülü bir qış təkərinin qiyməti 15-25 min som arasında dəyişir. Məmurlar vulkanizasiya işçilərinə gördükləri iş üçün təxminən 1000 som ödəməli olacaqlar.

Avtomobilin təmiz olmasını təmin etmək üçün ən azı həftədə bir dəfə avtomobil yuyulmalıdır. Onun xidmətləri isə 300-350 som arasında dəyişir.

Hələ avtomobil təmirə dayansa, ən böyük xərclər detallara görə yüksək dinamika ilə dəyişir.

Jurnalist vurğulayır ki, deməli, ən sadə riyazi hesablamaları götürsək, bir dövlət qulluqçusu üçün belə maşınları saxlamaq olduqca böyük maliyyə yüküdür. Bu isə onu deməyə əsas verir ki, məmurlar maaşla dolana bilməz.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*