“Mən şadam ki, Ermənistanda müsəlman məscidləri var” – Paşinyanbackend

"Mən şadam ki, Ermənistanda müsəlman məscidləri var" - Paşinyan

“Mən şadam ki, Ermənistanda müsəlman məscidləri var”.

KONKRET.az xəbər verir ki, bunu mayın 31-də Demokratiya Forumu zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bizi tənqid edirlər ki, Ermənistan monoetnik ölkədir. Bu ittihamın nədən qaynaqlandığını anlamaq çətindir”, – Paşinyan bildirib.

O, Ermənistan parlamentində milli azlıqların da təmsil olunduğunu bəyan edərək, bunu çox mühüm institusional xüsusiyyət adlandırıb.

Paşinyan qeyd edib ki, Ermənistanda təkcə xristian kilsələri deyil, müsəlman məscidləri və yezidi kilsələri də var.

“Ermənistanda erməni katolik icması, yevangelist icması və erməni apostol icması var. Düşünmürəm ki, bu gün hansısa icma onun dini azadlıqlarının pozulduğunu deyə bilməz”, – Paşinyan əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*