Menaqarişvili: “Londonda Ermənistan-Azərbaycan məsələsi ciddi müzakirə olunacaq”backend

Menaqarişvili: "Londonda Ermənistan-Azərbaycan məsələsi ciddi müzakirə olunacaq"

“NATO-nun Vaşinqtonda kifayət qədər gərgin keçən son toplantılarından sonra Avropa Siyasi Birliyinin 4-cü sammitində az adam iştirak edəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri gürcü politoloq İrakli Menaqarişvili bildirib.

“Hər bir belə tədbir ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edir ki, bu da eyni vaxtda bir çox liderlərlə əlavə məsələləri müzakirə etmək imkanı verir. Düşünürəm ki, əsas mövzu Ukrayna olacaq, Ukrayna prezidenti çıxış edəcək. AB-nin diqqət mərkəzində də Ukraynadır. Amma məncə, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin də çoxlu görüşləri olacaq. Gürcüstan və Qərb münasibətlərində baş verən hər şeyin fonunda bu, kifayət qədər vacib olacaq. Hesab edirəm ki, bu, Aİ liderləri üçün Aİ-də narazılıq olan hər şeylə bağlı Gürcüstan hakimiyyətinə müraciətlər çatdırmaq imkanıdır. Təbii ki, bu, həm də Gürcüstan hakimiyyəti üçün Gürcüstanın qərarlarına cavab olaraq Aİ-də qəbul etdikləri qərarları müzakirə etmək imkanıdır”, – analitik bildirib.

Onun fikrincə, Ermənistan-Azərbaycan gündəminə də böyük diqqət yetiriləcək. “Bildiyimiz kimi, Aİ son illər bu istiqamətdə ciddi səylər göstərir. Baxaq görək bu fürsətdən necə istifadə olunacaq, baxmayaraq ki, indiki mərhələdə Vaşinqton vasitəçi kimi fəaldır”, – deyə o, bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*