“Məni azad edin, Ukraynada döyüşüm” – Krımın həbsdə olan keçmiş naziribackend

“Məni azad edin, Ukraynada döyüşüm” – Krımın həbsdə olan keçmiş naziri

On il müddətinə azadlıqdan məhrum edilmiş Krımın keçmiş mədəniyyət naziri Arina (Vera) Novoselskaya Ukrayna cəbhəsinə göndərilməsini xahiş edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Moskva İctimai Monitorinq Komitəsinin üzvü Arslan Xasavov bildirib.

Xasavovun sözlərinə görə, eks-nazir öz qərarı barədə Moskva 6-cı İstintaq Təcridxanasını ziyarət edən nəzarət komissiyasına məlumat verib. Novoselskaya deyib ki, bununla bağlı ərizəsi üç ay əvvəl verilib və yaxın vaxtlarda buna baxılacağına ümid edir.

Qeyd edək ki, 2014-cü ildən 2021-ci ilə qədər Krımın Mədəniyyət Nazirliyinə rəhbərlik etmiş Novoselsyaya ötən ilin yayında həbs edilib. O, mədəniyyət obyektlərinin tikintisini himayə etmək məqsədilə 25 milyon rubl rüşvət almaqda ittiham olunub. Novoselskaya ittihamı qəbul etməyib və bildirib ki, 300 min dolları rəfiqəsinin Moskvanın mərkəzində mənzil alması məqsədilə borc alıb.

Xatırladaq ki, o cinayət işinin fiqurantına adı qalmaqala qarışandan sonra çevrilib. Belə ki, Krımın rəhbəri Sergey Aksenovla görüşdə eks-nazir küçə söyüşü səsləndirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*