Mənzil almaq istəyənlərin nəzərinə – VİDEObackend

Mənzil almaq istəyənlərin nəzərinə - VİDEO

Bu gün güzəştli mənzilə sahib olmaq istəyən 10 mindən artıq şəxs seçimdə iştirak edib. Qısa zaman ərzində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən seçimlərə çıxarılan mənzillər satılıb. Əgər kimsə 1 gün ərzində həmin mənzili almaqdan imtina edərsə ayın 28-i həmin mənzillər təkrar seçimə çıxarılacaq

KONKRET.az xəbər verir ki, dünən Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin satışı həyata keçirilib. Qurum tərəfindən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satışa çıxarılıb. Saat 15:00-da başlayan proses qısa zamanda yekunlaşıb. Güzəştli mənzilə sahiblənmək istəyən 10 mindən artıq vətəndaş seçimdə iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı deyib ki, kiberhücumların qarşısını almaq üçün sistemdə təhlükəsizlik tədbirləri gücləndirlib.

Sentyabrın 28-i isə  mənzillərin gözləmə qaydası seçimi başlayacaq. Yəni kimsə seçdiyi mənzildən imtina edərsə  onlar həmin tarixdə yenidən seçimə çıxarılacaq

Qeyd edək ki, bu gün seçimə çıxarılan 815 mənzil əslində sentyabrın 15-də satılmalı idi. Ancaq həmin tarixdə mənzil seçimi prosesi başlamamışdan öncə dövlət qurumlarının informasiya ehtiyyatlarına kiberhücum təşkil edilib. Buna görə də seçim prosesi təxirə salınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*