Ötən həftə Mərakeş sularında batan qayıqda olan təxminən 70 nəfər itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Mali hökumətinə istinadən AFP agentliyi məlumat yayıb.
“İspaniyaya gedən qayıqda 80 nəfər var idi və təəssüf ki, qurbanlar arasında 25 gənc malili müəyyən edilib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, “doqquz malili” də daxil olmaqla 11 nəfər xilas edilib.
İqtidar orqanları vurğulayıb ki, dekabrın 19-da baş vermiş hadisə nəticəsində itkin düşənlərin sayı Malinin Mavritaniya və Mərakeşdəki səfirlikləri, qurbanların qohumları və bəzi sağ qalanlar da daxil olmaqla müxtəlif mənbələrdən alınan məlumatlara əsaslanır.