Mərakeşdə İsrail əleyhinə yürüş keçirildibackend

Mərakeşdə İsrail əleyhinə yürüş keçirildi

Minlərlə etirazçı bazar günü Qəzza müharibəsi başlayandan bəri Rabatda Fələstinə dəstək şüarı altında yürüş keçirib.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, bununla yürüş iştirakçıları Mərakeşin İsraillə əlaqələrini dayandırmağı tələb ediblər.

Etirazçılar Fələstin bayraqlarını dalğalandırıb və əllərində “qələbəyə qədər müqavimət”, “Mərakeş hökumətinin İsraillə münasibətləri normallaşdırmasını dayandırın” və “Fələstini azad edin” kimi şüarlar yazıblar. Bazar günü keçirilən yürüşdə etirazçılar həmçinin İsraili dəstəkləməkdə ittiham etdikləri brendləri boykot etməyə çağırıblar. Mərakeş 2020-ci ildə ABŞ-ın vasitəçiliyi İsraillə əlaqələri gücləndirməyə razılaşıb. Mərakeş və İsrail razılaşdıqları kimi bir-birlərinin ölkələrində tamhüquqlu səfirliklərin yaradılması prosesini hələ başa çatdırmasalar da, müdafiə sahəsində əməkdaşlıq paktı imzalayaraq daha da yaxınlaşıblar.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*