Mərc və qumar oyunlarına şərait yaradan 233 min sayt bağlandıbackend

Mərc və qumar oyunlarına şərait yaradan 233 min sayt bağlandı

Türkiyə Xəzinə və Maliyyə Nazirliyinə bağlı Milli Lotereya Administrasiyasının Baş İdarəsi qanunsuz mərc oyunları və virtual qumar oyunları ilə mübarizə çərçivəsində keçən il 233 min internet saytının bağlanması üçün tədbir görüb.

KONKRET.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qeyri-qanuni mərc oyunları, virtual qumar oyunları və icazəsiz tirajlarla mübarizəsi fasiləsiz olaraq davam edir.

Məlumata görə, bu çərçivədə 2023-cü ildə 168 min 30, 2024-cü ildə isə 233 min internet saytı aşkar edilərək, bu nəşrlərə girişin bloklanması üçün İnformasiya Texnologiyaları və Rabitə Qurumuna bildiriş göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*