Mercedes-Benz-in 2020-ci ildə təqdim etdiyi My MBUX konsepti ABŞ-da zibillikdə atılmış vəziyyətdə tapılıb.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Motor1 məlumat yayıb.
Kapsul Mercedes-Benz avtomobilləri üçün MBUX media sisteminin imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulmuşdu. Kapsul S-Class və EQS-də olan interyer xüsusiyyətlərinə malikdir.