Mərdəkan qalası təmir olunacaqbackend

Mərdəkan qalası təmir olunacaq

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının bərpa işləri ilə bağlı layihə həyata keçirəcək.

KONKRET.az xəbər verir ki, bunu Report-a müsahibəsində TİKA-nın sədri Abdullah Ərən deyib.

O bildirib ki, oktyabrın 29-u Mərdəkan qəsəbəsini ziyarət ediblər:

“Orada Şirvanşahlar dövründən qalan böyük Mərdəkan qalası var. TİKA həmin qalada bərpa işləri ilə bağlı layihə həyata keçirəcək. Ümumilikdə TİKA-nın indiyədək Azərbaycanda həyata keçirdiyi layihələrin maliyyə dəyəri təxminən 50 milyon dollar olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*