Mərhum polis rəisinin oğluna Penitensiar Xidmətdə yeni vəzifə verildi – FOTObackend

Mərhum polis rəisinin oğluna Penitensiar Xidmətdə yeni vəzifə verildi - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 Saylı Cəzaçəkmə Müəssisəsinə yeni rəis təyin edilib.

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Qədirov Süleyman Maksim oğlu 8 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi təyin olunub.

Bundan əvvəl sözügedən müəssisənin rəisi Haciyev Azər Musa oğlu olub və nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, Süleyman Qədirov polis polkovnik-leytenantı, bir sıra rayonlarda rəis vəzifəsində çalışmış mərhum Maksim Qədirovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*