Mərkəzi Bankın keçmiş rəhbəri vəfat etdi – FOTObackend

Mərkəzi Bankın keçmiş rəhbəri vəfat etdi - FOTO

Cənubi Afrika Respublikasının (CAR) Mərkəzi Bankının rəhbəri, əmək naziri və maliyyə naziri vəzifələrində çalışmış Tito Mboveni 66 yaşında vəfat edib. Bu barədə EWN radiostansiyası xəbər yayıb.

KONKRET.az xəbər verir ki, siyasətçi şənbə günü axşam xəstəxanada ailəsinin əhatəsində dünyasını dəyişib.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa “X” sosial səhifəsində (keçmiş Twitter-red) Mboveninin ailəsinə başsağlığı verib.

“Biz ölkəmizə fəal, iqtisadi siyasətin yenilikçisi və işçilərin hüquqlarının müdafiəçisi kimi xidmət edən lideri və həmvətənimizi itirdik”, – CAR prezidenti qeyd edib.

Fotoları təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*