Mərkəzi Nəbatat Bağında zəhərli ilanlar ətrafa səpələniblər – XƏBƏRDARLIQbackend

Mərkəzi Nəbatat Bağında zəhərli ilanlar ətrafa səpələniblər - XƏBƏRDARLIQ

Payız və yay aylarında ilanların aktivliyi artır. Mütəxəssislər bildirirlər ki, bu səbəbdən də park və bağlarda daha ciddi profilaktik tədbirlər görülməlidir.

KONKRET.az xəbər verir ki, “Azərbaycanda ilanların ovlanması ilə məşğul olan, monitorinq aparan dövlət qurumu yoxdur. İlanlar əsasən, Mərkəzi Nəbatat Bağının ucqar hissələrində müşahidə olunur. Lakin son dövrlərdə bu ərazidə aparılan rekonstruksiya işləri nəticəsində həmin lokal ərazilərdə yaşayan ilanlar bağın digər sahələrinə yayılıblar. Onların arasında zəhərli gürzə ilanları da var”, – deyə Zoologiya İnstitutunun əməkdaşı Təvəkkül İsgəndərov bildirib.

Xatırladaq ki, Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancıb. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Dərhal ona ilan zəhəri əleyhinə zərdab tətbiq olunub. Müalicəsi isə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*