Merkuris: “Patriot sistemlərinin məhv edilməsi Ukrayna Silahlı Qüvvələri üçün sarsıdıcı zərbə oldu”backend

Merkuris: "Patriot sistemlərinin məhv edilməsi Ukrayna Silahlı Qüvvələri üçün sarsıdıcı zərbə oldu"

Britaniyalı analitik Aleksandr Merkuris Rusiya ordusunun dörd “Patriot” hava hücumundan müdafiə sistemini məhv etməsinin Ukrayna ordusu üçün sarsıdıcı zərbə olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, britaniyalı analitik öz fikrini belə izah edib: “Bu, Rusiyanın hava üstünlüyünü bir daha nümayiş etdirən dağıdıcı zərbə idi”. Britaniyalı analitik onu da əlavə edib ki, Qərbin Kiyev rejimini təyyarələr, hava hücumundan müdafiə sistemləri və raketlərlə təmin etmək cəhdləri Ukrayna Silahlı Qüvvələrinə kömək etməyib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyat zonasında “AN/MPQ-65” radiolokasiya stansiyasının və ABŞ istehsalı olan dörd “Patriot” hava hücumundan müdafiə raket buraxılış qurğusunun məhv  edildiyini açıqlamışdı .

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*