“The Notebook” filmi ilə yadda qalan amerikalı aktrisa Gena Roulens 94 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, üç dəfə Emmi mükafatı qazanan, “Qloriya” və “Təsir altında olan qadın” filmlərində canlandırdığı obrazlarına görə Oskar namizədi olan Roulensin ölüm xəbərini oğlu Nik Kassavetes verib. O, 5 il idi ki, Altsheymer xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, aktrisa “The Notebook” filmində də Altsheymer xəstəliyindən əziyyət çəkən qadın obrazını canlandırıb./sferaaz