Məşhur aktyor faciəvi şəkildə ÖLDÜbackend

Məşhur aktyor faciəvi şəkildə ÖLDÜ

“American Horror Story” və “Will & Grace” kimi seriallardakı rolları ilə məşhurlaşan aktyor Lesli Cordan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Cordanın idarə etdiyi avtomobil divara çırpılıb.

Qəza oktyabrın 24-də səhər saatlarında Los-Ancelesdə baş verib. Polisə yerli vaxtla təxminən səhər saat 8:50-də məlumat verilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Lesli Cordan 1955-ci ildə anadan olub. Aktyor Con Man (2015-2017), Fövqəltəbii (2005-2020), Çarəsiz Evdar Qadınlar (2004-2012) kimi televiziya şouları ilə də tanınır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*