“Kazanova”dakı Donato obrazı ilə tamaşaçıların yaddaşında qalan britaniyalı aktyor Steven Qreyf 78 yaşında vəfat edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi hələ məlum deyil.
Bildirilib ki, o, Kral Milli Teatrı da daxil olmaqla, Kral Şekspir və West End teatrında oynayıb.
Aktyor yaradıcılıq karyerası ərzində “Venesiya taciri”, “Ghosts” kimi məşhur şou və filmlərdə rol alıb.
İqbal Rzayev,
KONKRET.az