Aktyor Anatoli Drijenko Ukraynada dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, sənətkarın ölüm xəbərini 1964-cü ildən fəaliyyət göstərdiyi Odessa Akademik Musiqili Dram Teatrında verilib.
Nekroloqda Anatoli Drijenkonun ailəsinə, həmkarlarına, dostlarına və pərəstişkarlarına başsağlığı verilib.
Aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Anatoli Drijenko “Qızıl buzov”, “İvan Poduşkin. Detektiv centlmen” və “Likvidasiya” kimi seriallarda rol alıb.