Məşhur avtomobil markalarından Rusiya ilə bağlı QADAĞAbackend

Məşhur avtomobil markalarından Rusiya ilə bağlı QADAĞA

“BMW”, “Audi” və “Mercedes-Benz” rus dilerlərini proqram təminatından ayırıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Avtomobil Dilerləri Assosiasiyası məlumat yayıb.

Qeyd olunub ki, rəsmi dilerlərdə əksər xarici avtomobil markaları üçün proqram təminatı ilə bağlı problemlər yaranıb.

Belə ki, bu markaların maşınlarının sahibləri indi texniki xidmət tarixçəsinə və yeniləmələrə daxil ola bilmirlər.

Assosiasiya bu problemin həlli üzərində fəal işlədiklərini qeyd edib:

“Bütün çətinliklərə baxmayaraq, yerli dilerlər Rusiyada avtomobillərə keyfiyyətli xidmət göstərməyə davam edəcəklər”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*