Məşhur azərbaycanlı bloqer haqda CİNAYƏT İŞİ  açıldı – 7 il həbsbackend

Məşhur azərbaycanlı bloqer haqda CİNAYƏT İŞİ açıldı - 7 il həbs

Məşhur bloqer Hüseyn Həsənov barəsində Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb.

O, külli miqdarda vəsaitin leqallaşdırılması (yuyulması) maddəsi ilə ittiham olunur. İş üzrə Rusiya Cinayət Məcəlləsinin 174.4-cü maddəsi tətbiq olunub və bu maddə üzrə Həsənovu 7 ilədək həbs cəzası gözləyir.

KONKRET.az xəbər verir ki, Çertanovski Rayon Məhkəməsi 23 aprel 2025-ci il tarixində Həsənovun barəsində qiyabi həbs qərarı çıxarıb və o, artıq rəsmi şəkildə axtarışa verilib.

Qeyd edək ki, bloqer 2024-cü ildən bəri Rusiyada yaşamır. Məlumatlara görə, o, həmin il Azərbaycana köçüb. Həmin ilin iyun ayında Moskva Vergilər Xidməti ona qarşı 145 min rubl borc səbəbindən məhkəmə iddiası qaldırmışdı. Ardınca Həsənovun restoran biznesi və qida çatdırılması ilə məşğul olan şirkətlərinin bank hesabları bloklanmışdı.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*