Məşhur diktor İqor Kirillov vəfat etdibackend

Məşhur diktor İqor Kirillov vəfat etdi

Keçmiş SSRİ-nin və Rusiyanın məşhur diktoru İqor Kirillov 89 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, məlumatı Rusiyanın “Pervıy kanal”ı yayıb.

“İqor Leonidoviç Kirillov bu gün vəfat edib. Bizim əfsanəvi həmkarımız, böyük yoldaşımız, bir çoxlarının əsl müəllimi 20 ildən çox “Zaman” xəbərlər proqramının aparıcıs olub”, – telekanaldan bildirilib.

Qeyd edək ki, İ.Kirillov 1932-ci il sentyabrın 14-də anadan olub. O, 1968-ci ildən 1989-cu ilədək Mərkəzi Televiziyanın “Zaman” proqramının diktoru olub. İ.Kirillov SSRİ Xalq artisti adına layiq görülüb və başqa mükafatlarla təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*