Argentinanın “Atletiko Tukuman” futbol klubunun kolumbiyalı yarımmüdafiəçisi Andres Balanta 22 yaşında vəfat edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu məşq zamanı huşunu itirib. Bundan sonra o, xəstəxanaya çatdırılıb və orada ölüb.
Qeyd edək ki, Balanta 2022-ci ilin iyun ayından “Atletiko Tukuman”da icarə əsasında çıxış edib.
İqbal Rzayev,
KONKRET.az