Məşhur Hollivud aktyoru zorlamada ittiham olunurbackend

Məşhur Hollivud aktyoru zorlamada ittiham olunur

Aktyor Ceymi Foks 8 il əvvəl Nyu-Yorkda bir restoranın damında baş verdiyi iddia edilən seks cinayətinə görə məhkəməyə verilib.

KONKRET.az xəbər verir ki, 2022-ci ildə Nyu-York ştatının qəbul etdiyi qərara görə, zorakılığa məruz qalanlar cinayətin üstündən illər keçsə də, məhkəmədə iddia qaldıra bilərlər.

Bu qanundan sonra qadınlardan biri Ceymi Foksun ona təcavüz etdiyini iddia edərək məhkəməyə müraciət edib.

Sənədlərdə hadisənin 2015-ci ildə Catch NYC & Roof restoranında baş verdiyi bildirilir. Zərərçəkmiş aktyordan onunla şəkil çəkdirməsini istəyib. Qurbanın dediyinə görə, Foks pərəstişkarın ona supermodel fiqurası olduğunu deyərək, fotoşəkil çəkməyə məmnuniyyətlə razılaşıb.

Qadın iddia edir ki, Ceymi Foks hər iki əlini onun belinə qoyub, sonra isə onları yuxarı qaldıraraq sinəsinə toxunub.

Restorana gələn bir neçə qonaq ulduzun bu cür açıq-saçıq davranışının şahidi olsa da, susublar.

Qadın Foksun onun hətta intim hissələrinə toxunduğunu bildirib. Vəziyyəti rəfiqəsini yoxlamaq üçün məşhurun ​​masasına gələn qurbanın dostu xilas edib.

Ceymi Foksun özü hələ də səs-küylü zorakılıq ittihamını şərh etməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*