Məşhur kanal “Bayer”in matçında mahnımızı səsləndirdi – VİDEObackend

Məşhur kanal "Bayer"in matçında mahnımızı səsləndirdi - VİDEO

Böyük Britaniyanın məşhur idman telekanalı “Sky Sports” rəsmi İnstaqram hesabındakı paylaşımlarından birində Azərbaycan mahnısından istifadə edib.

KONKRET.az xəbər verir ki, söhbət “Cücələrim” mahnısından gedir. Belə ki, telekanal Almaniyanın “Bayer 04” komandasının futbolçusu Qranit Cakanın “Maynz”ın qapısına vurduğu qoldan sonra yaşadığı sevincini sözügedən mahnının sədaları altında paylaşıb.

Qeyd edək ki, Bundesliqanın XXIII turu çərçivəsində keçirilən “Bayer 04” – “Maynz” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*