İranın məşhur kinorejissoru Dariuş Mehrcui Kərəc şəhərindəki evində qətlə yetirilib
KONKRET.az xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Dariuş Mehrcui və həyat yoldaşı Vahidə Məhəmmədifar oktyabrın 14-də Kərəcdəki villasında qətlə yetiriliblər.
Hadisə barədə rejissorun qızı məlumat verib.Əlborz əyalətinin polisi Mehrcuinin qətlinin motivini hələlik açıqlamayıb.
Mehrcui İran İncəsənət Akademiyasının üzvü olub.
Qeyd edək ki, Mehrcui 1993-cü ildə San Sebastian Beynəlxalq Film Festivalında Qızıl Qabıq və 1998-ci ildə Çikaqo Beynəlxalq Film Festivalında Gümüş Hüqo da daxil olmaqla 49 milli və beynəlxalq mükafat alıb.
Ariz Həsənoğlu,
KONKRET.az